İran parlamenti sədrinin Azərbaycana səfəri planlaşdırılır

 13:03 10.01.2023     347

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.

Bu barədə Redaktor.az İranın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Səfərin dəqiq tarixi hələlik məlum deyil.

Azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündən danışan İran parlamentinin sədri bildirib ki, son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranıb: “Amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram”.

Xatırladaq ki, Məhəmməd Bağır Qalibafın Azərbaycana səfəri ötən ilin noyabrında planlaşdırılsa da, bu səfər təxirə salınmışdı.