"Azərbaycanın digər hissəsi ilə Naxçıvan arasında əlaqələrin bərpası vacibdir" - Nikol Paşinyan

 13:39 10.01.2023     385

“Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, prosesin dinamikasını təmin etmək üçün konkret addımlar da atılmalıdır.

 “Xüsusi nümayəndələrin işinin davam etməsi, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”, - deyə Baş nazir bildirib.

Paşinyan onu da bildirib ki, Türkiyə ilə sərhədlərin açılması ilə təkcə danışıqlar aparılmamalı, bu istiqamətdə konkret addımlar atılmalıdır.

Nərmin VÜQARQIZI