"Dünyada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur" - Paşinyan

 16:41 10.01.2023     488

"Dünyada Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur və olmayıb". 

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da jurnalistlərlə görüşündə bildirib.

O əlavə edib ki, Praqa görüşü nəticəsində Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunub .

Onun sözlərinə görə, İrəvanın narahatlığı ondan ibarətdir ki, Azərbaycan prezidenti daim Praqa görüşünə istinad edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, lakin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını demir.

Baş nazir xatırladıb ki, Ukrayna hadisələri kontekstində yeni dünya düzəni üçün böyük mübarizə gedir: “Və bu yeni dünya düzənində biz sülh gündəmini seçirik".

Nərmin VÜQARQIZI