Paşinyan Rusiyadan Qarabağa çoxmillətli sülhməramlılar göndərilməsini istəyir
Rusiya erməni əhalisinin təhlükəsizliyini təmin edə bilməsə, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsinə çoxmillətli missiya göndərmək təşəbbüsü ilə çıxış edə bilər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
“Rusiyanın obyektiv və ya subyektiv səbəblərdən öz öhdəliklərini yerinə yetirə bilmədiyi məlum olarsa, o, ya Rusiya hərbi kontingentinə beynəlxalq mandat verilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir, ya da "Dağlıq Qarabağ"a yeni çoxmillətli sülhməramlılar göndərməlidir" - deyə o bildirib.
Turan İSMAYIL