Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışdı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun tviterində yazılıb.
Bildirilib ki, o, həmçinin Ermənistan XİN başçısı Ararat Mirzoyanla danışıb.
Tərəflər Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə ediblər.