Kremldən Paşinyanın Qarabağa BMT missiyasının göndərilməsi təklifinə REAKSİYA

 13:58 11.01.2023     648

BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmə gəlib, lakin istənilən missiya yalnız münaqişənin hər iki tərəfinin - həm Bakının, həm də İrəvanın razılığı ilə cəlb edilə bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərlə söhbətində bildirib.

Bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya “öz öhdəliklərini yerinə yetirə bilməsə” BMT Təhlükəsizlik Şurasında Qarabağa çoxmillətli missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.

"Müxtəlif səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər", - Kremlin sözçüsü Rusiya və Ermənistan liderlərinin bu mövzunu müzakirə edib-etmədiyi sualına cavab olaraq bildirib.

Xatırladaq ki, 2022-ci il dekabrın 12-də bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizini (Ermənistanla Azərbaycanın ermənilər yaşayan Xankəndi şəhərini birləşdirən yeganə yol oradan keçir) bağlayıb. 

Turan İSMAYIL