Ceyhun Bayramovla Çavuşoğlunun telefon danışığı olub
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat verib.
Qeyd olunub ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr və Türk Dövlətləri Təşkilatı müzakirə edilib