Paşinyandan Qarabağ ermənilərinə müraciət: Vəziyyəti gərginləşdirməyin

 12:13 12.01.2023     331

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərini vəziyyəti daha da gərginləşdirəcək bəyanatlardan çəkinməyə çağırıb.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, hökümətin iclasında çıxış edən Paşinyan bildirib ki, Qarabağ ermənilərinin bəyanatları heç bir fayda vermir.

Baş nazir Qarabağ ermənilərini vəziyyəti gərginləşdirməməyə çağırıb.

Xatırladaq ki, ötən gün Qarabağ erməniləri bəyanat qəbul edib ki, Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi bir sıra fikirlər onların mövqeyinə uyğun gəlmədiyi üçün narahatlıq doğurur.

Nərmin VÜQARQIZI