“Qərbi Azərbaycan İcması” müraciət yaydı

 10:32 16.01.2023     505

“Qərbi Azərbaycan İcması” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarda əks olunan geriyə qayıtmaq hüququ əsasında, sülh yolu ilə öz evlərinə qayıdışına dair konsepsiya (“Qayıdış konsepsiyası”) layihəsi üzərində işini davam etdirir.

İcmadan Redaktor.az-a bildirilib ki, geniş ictimaiyyət bu məsələyə yaxından maraq göstərir:

"Alimlər, mütəxəssislər, sadə vətəndaşlar İcma ilə əlaqə saxlayaraq konsepsiyaya dair öz düşüncə və təkliflərini təqdim edirlər. Daxil olan ideya və təkliflər layihənin hazırlanması işində faydalı olmuşdur.

Bununla əlaqədar olaraq, İcma geniş ictimaiyyətə müraciət edərək, “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırır. Təkliflər 21.01.2023 tarixi, saat 18:00-dək [email protected] elektron poçtu ünvanına təqdim edilə bilər. Beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, post-münaqişə dövründə reabilitasiya və re-inteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinə xüsusilə böyük ehtiyac vardır. Təkliflər Azərbaycan, ingilis, rus, fransız və ya alman dillərinin birində təqdim edilə bilər".