İsrail XİN-in nümayəndəsi azərbaycanlı diplomatlara təlim keçdi

 12:03 16.01.2023     244

İsrail Xarici İşlər Nazirliyinin Rəqəmsal Diplomatiya Bürosunun direktoru David Saranqa azərbaycanlı diplomatlara təlim keçib.

Redaktor.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Diplomat gənc həmkarlarla söhbətdən həzz aldığını bildirib: “Rəqəmsal diplomatiya”, “Böhranların idarə edilməsi” və daha bir çox mövzuları müzakirə etdik”.