“Laçın yolundan sui-istifadəyə qarşı etirazlar Azərbaycan vətəndaşlarının legitim hüququdur” - Nazir
“Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazlar Azərbaycan vətəndaşlarının legitim hüququdur”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefon danışığında bilirib.
Onun sözlərinə görə, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsi zəruridir.