Qızıl Xaç erməniləri Xankəndidən Laçın istiqamətinə apardı

 09:14 19.01.2023     379

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Redaktor.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 4 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində erməni ailələr olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən