Avropa İttifaqı Ermənistana yeni missiya göndərir
Avropa İttifaqı (Aİ) iki il müddətinə Ermənistan və Azərbaycan sərhədinə 100 müşahidəçidən ibarət yeni missiya göndərmək niyyətindədir .
Redaktor.az xəbər verir ki, bu barədə Avropanın “ Politico ” nəşri Aİ-nin diplomatik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, İrəvandakı hakimiyyətlə müşahidəçilərin iştirakının zəruriliyi ilə bağlı anlaşma əldə olunub.
Qeyd edilib ki, müvafiq missiya layihəsi təsdiq olunmaq üçün Brüsseldəki siyasət və təhlükəsizlik komitəsinə göndəriləcək.
Nərmin VÜQARQIZI