Prezident “Adani Group”un rəhbəri ilə görüşdü - YENİLƏNİB

 14:44 19.01.2023     365

Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Adani Group” şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşündə bildirilib.

Söhbət zamanı həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd edilib.

Eyni zamanda ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda "Adani Group" ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayı.