XİN-dən İslandiya Nazirlər Komitəsinin sədrinə CAVAB

 09:15 20.01.2023     239

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə İslandiya Nazirlər Komitəsinin sədrinə cavab verib.

Redaktor.az xəbər verir ki, bu barədə o tvitter səhifəsində paylaşım edib.

XİN rəsmisi bildirib ki, Azərbaycan torpaqlarının qanunsuz istismarı və sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda keçirilən dinc aksiya qanunidir.

“İslandiya Nazirlər Komitəsinin sədri paradoksal olaraq yüz minlərlə azərbaycanlının məcburi köçkün olmasını, Ermənistan tərəfinən törədilən vəhşiliyi rədd edir", - deyə nazirlik sözçüsü əlavə edib.