Ermənistan sülh danışıqlarından yayınır - Nazir

 10:23 20.01.2023     279

Ermənistan tərəfi sülh danışıqlarından yayınır.

Redaktor.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, sülh gündəliyinin aparılmasına Azərbaycan tərəfindən təşəbbüs göstərilib. “Biz danışıqları davam etdirmək üçün öz təşəbbüslərimizi göstəririk”.

Ceyhun Bayramov Azərbaycan dövlətinin mövqeyinin açıq olduğunu deyib:

“Azərbaycan tərəfi danışıqlara sadiq olduğunu bəyan edib. Ən qısa zamanda istənilən növbəti görüşün keçirilməsi və sülh müqaviləsi üzrə növbəti danışıqları davam etməyə hazır olduğumuzu bildirmişik”.

Nazir bildirib ki, məsələ qarşı tərəfin üzərindədir:

“Onlar anlamalıdır ki, sülh prosesinin irəliləməsi Azərbaycan üçün nə qədər lazımdırsa, Ermənistan üçün də bundan az əhəmiyyətli olmamalıdır. Ermənistan bunu başa düşmürsə, bu onların çox səhv siyasətinin nümayişidir”.