ABŞ rəsmisi Şəhidlər Xiyabanında - FOTO

 11:25 20.01.2023     652

Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Şəhidlər xiyabanını ziyarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron ilə birlikdə biz Qara Yanvarda yaralanan və həlak olan çoxlu sayda mülki vətəndaşların xatirəsini ehtiramla yad etməkdə azərbaycanlılarla qoşuluruq. Şiddətli hücum zamanı yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı verir və öz əqidələrini dinc yolla müdafiə edənlərin fədakarlıqlarını unutmuruq”, - qeyd olunub.

 

 

2