İstanbulda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilir
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Türkiyənin İstanbul şəhərindəki Nişantaşı Universitetində tədbir keçirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.
Qeyd olunub ki, universitet müəllimlərinin iştirak etdiyi tədbirdə sovet ordusunun 1990-cı ildə Azərbaycanda törətdiyi qətliamın qurbanları anılır.