"Qarabağ 100 minlik ordu birləşmələrimizin tam kontrolundadır" - Deputat

 14:12 23.01.2023     376

"Hazırda İtaliyanın "İnter" futbol klubunda oynayan Henrix Mxitaryandan sonra terroçu Monte Melkonyan geni daşıyan hay kökənli daha bir "idmançı" Rusiya tenisçisi Karen Xaçanov Azərbaycanda separatçılığı dəstəkləyən davranış sərgiləyib".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, birinci əli ilə çəkdiyi xəritədə Qarabağı Ermənistanın tərkibində göstərmişdisə, ikinci kameraya "Arsax möhkəm ol" sözləri yazıb.

"Baxmayaraq ki, Zəngəzur və Göyçəni Azərbaycanın bir hissəsi saymağa hər baxımdan haqqımız çatır, bizim idmançılar oxşar hərəkət edəcəkləri halda əminəm ki, uyğun federasiyalar onları sərt cəzalandırar, ən azından bunun yolverilməzliyi ilə bağlı operativ açıqlama yayardılar. Ancaq təəssüf ki, hələlik Mxitaryan və Xaçanovu idman qaydalarını pozan, başqa ölkənin torpaq bütünlüyünə qarşı yönələn yaramaz davranışlarına görə nə UEFA, nə də İTF cızalandırıb. Heç bir münasibət də bildirilməyib.

Elə isə biz bildirək, Xaçanovun "Arsax" adlandırdığı Qarabağ möhkəm durub, heç narahat olmasın, 100 minlik ordu birləşmələrimizin tam kontrolundadır. Və əgər "Arsax"ı belə çox sevirlərsə, qoy ora təşrif gətirsinlər. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Laçın yolunda gözləyirlər", - deyə S.Alıyev vurğulayıb.

Turan İSMAYIL