Avropa İttifaqı qərar verdi: Azərbaycanla sərhədə iki illik missiya göndərilir

 18:19 23.01.2023     470

Avropa İttifaqı Şurası Ermənistana iki illik mülki missiya (EUMA) göndərməklə bağlı qərar qəbul edib. Bildirlir ki, missiya göndəriləcəyi ölkə ilə Azərbaycan sərhəddindəki vəziyyəti izləyəcək.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Sahib Alıyevin sözlərinə görə, Avropa İttifaqı Şurasındakılar rəsmi Bakının iznini almadan sərhədlərimiz boyunca yerləşdirməyi planlaşdırdırdıqları missiyanın əsas vəzifəsinin Azərbaycanla Ermənistan arasında əlaqələri normallşadırmaq, ehtimad mühitini artırmaq olduğunu bildirir ki, bu, bir tərəfdən cəfəngiyyat, digər tərəfdən isə riyakarlıqdır:

"Sual olunur, Azərbaycan-Ermənistan sərhəddi deyiləndə hara nəzərdə tutulur, bu haqda hər iki dövlət arasında hər hansı bir ilkin razılaşma varmı? Əlbəttə yoxdur. Yoxdursa, bu missyanın Ermənistana dəstək məqsədilə göndərildiyi üzə çıxır. Onada aydındır ki, Avropa Birliyi Şurasındakıların "sərhəd" adlandırdıqları yerlərdə haylar hər hansı bir təxribata əl atıb cavab reaksiyasıyla üzləşdikləri halda məhz Azərbaycan gərginlik yaratmaqda suçlandırılacaq.

Ona görə də Avropa Birliyinin bu addımı nəinki bizimlə haylar arasında Brüsseldəkilərin təqdim etməyə çalışdıqları kimi güvəni artıracaq, əksinə missiya göndərən quruma olub-qalan güvənimizi də sıfıra endirəcək.

Halbuki dövlət başçımız cənab İlham Əliyev öz açıqlamalarında bir neçə dəfə ATƏT-in Minsk qrupundan fərqli olaraq Avropa Birliyinə güvənildiyini və o səbəbdən də Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçiliyinə razilıq verdiyimizi dilə gətirmişdi".

Deputat təəssüflə qeyd etdi ki, həmən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransanın Avropa Birliyini Qafqazda yeritdiyi tarazılıqsız və birtərəfli siyasətə şərik etməsi nəticəsində sözü gedən qurum da, onun ayrı-ayrı institutları da Azərbaycanda gözdən düşməkdədirlər.

"Söhbət həm də o Farnsadan gedir ki, onun başında duran Makron rəsmi İrəvanın ekstremistliyinə görə Ermənistana buraxmadıqları qatı hay millətçisi daşnak Murad Papazyanla yaxınlarda görüşməyi planlaşdırır.

Avropa Birliyi missiyasına hələ rəhbər təyin edilməyib. Bəlkə, missiyaya rəhbərlik İkinci Qarabağ savaşı bitər-bitməz soydaşlarını yenisini başlatmağa-revanşizmə səsləyən, elə həmən Papazyana tapşırılsın?

Beləliklə, həm o, Ermənistana buraxılar, həm də Avropa Birliyinin guya planlaşdırdığı kimi iki ölkə arasında əlaqələrin normallaşdırılmasına, güvən mühitinin yaranmasına böyük "töhfə" verərdi", - deyə S.Alıyev bildirdi.

Turan İSMAYIL