Vardanyan Qarabağı tərk etmək fikrində olmadığını bildirib

 20:26 23.01.2023     377

Azərbaycanın Xankəndi şəhərindəki erməni separatçılarının "dövlət naziri" Ruben Vardanyan Qarabağı tərk etmək niyyətində deyil.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə bu gün BBC Yayım Korporasiyasının "Hard Talk" proqramının efirində deyib.

"Mən burada xalqımla qalacağam. Qarşılaşdığımız hər hansı çətinliklərdən asılı olmayaraq, birlikdə öhdəsindən gələcəyik" -  deyə o, Qarabağdakı tənqidçilərinə cavab olaraq bildirib.

Həmidə İbrahimova