Ceyhun Bayramov Özbəkistana GETDİ

 09:07 24.01.2023     270

24 yanvar 2023-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Redaktor.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.