Əməliyyatdan sonra Nazarbayev evə buraxıldı

 10:41 24.01.2023     437

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ürək əməliyyatından sonra Astanadakı Milli Tədqiqat Ürək Cərrahiyyə Mərkəzindən evə buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a yerli həkimlər məlumat veriblər.

 "Onun vəziyyəti stabilləşdiyi üçün xəstəxanadan evə buraxılıb",- deyə həkimlər bildirib.

Xatırladaq ki, yanvarın 20-də Nazarbayevin mətbuat katibi Aidos Ukibay Qazaxıstanın birinci prezidentinin ürəyindən əməliyyat olunduğunu və əməliyyatın uğurla keçdiyini bildirib.

82 yaşlı Nazarbayev 1991-2019-cu illərdə Qazaxıstanın ilk prezidenti olub. 2019-cu ilin martında o, prezidentlikdən istefa verib. Kasım-Jomart Tokayev Nazarbayevdən sonra dövlət başçısı olub.

Nərmin VÜQARQIZI