TDT-nin Baş katibi Özbəkistan Prezidenti ilə görüşdü

 13:00 25.01.2023     203

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir Kubanicbek Omuraliyevi qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Baş katib Özbəkistanın türk dünyasının ümumi mənafeyi istiqamətində atdığı addımları və göstərdiyi xidmətləri yüksək qiymətləndirib.

O, Özbəkistanın TDT-yə sədrliyinin qurumun inkişafına töhfə verdiyinə inamını ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən TDT-nin gələcək perpsketivləri barədə danışıblar.

Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib.