Parlamentdə əfv və amnistiya məsələləri ilə bağlı müzakirələr keçiriləcək

 14:40 25.01.2023     234

Milli Məclisdə “Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələr keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-ci il yaz sessiyası üçün iş planına daxil edilib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamının imzalanacağı gözlənilir.