Azərbaycan səfirinin İsrailə gedəcəyi tarix məlum OLDU

 16:24 25.01.2023     352

Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov fevralda Təl-Əvivə gedəcək.

Redaktor.az xəbər verir ki, o, Azərbaycanın Təl-Əvivdə 2021-ci ilin iyulunda açılan Ticarət Nümayəndəliyində fəaliyyətə başlayacaq.

Bu əlamətdar hadisə İsrail və Azərbaycan arasında münasibətlərin güclənməsi, eləcə də İran tərəfindən gərginliyin artması və hər iki ölkəyə qarşı təhdidləri fonunda baş verir.

Xatırladaq ki, 10 ildən çox əvvəl İsrailin keçmiş xarici işlər naziri Liberman deyib: “Azərbaycan İsrail üçün Fransadan daha vacibdir”.