"Azərbaycan parlamentinə niyə kölgə salırsınız?" - Vitse-spiker deputata əsəbləşdi

 18:51 25.01.2023     479

"Deməli əlindəki telefonla həm “operatorluq”, həm də “jurnalistik” etməyə çalılşan birisi qarşısına keçən millət vəkillindən birindən soruşub ki, “mənə bir deputatın adını çəkin ki, xalqın səsini qazanıb”. Özünü müxalifətin nümayəndəsi sayan həmin deputat da  blogerliyə iddia edən “jurnalistin” sualına cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır. Müxalifətdən olan millət vəkilinə verilən suala mən konkret cavab verirəm: “Adil Əliyevin necə millət vəkili seçildiyini və seçicilərinin problemlərinə necə yanaşdığını 20 saylı Nərimanov ikinci seçki dairəsindən öyrənə bilərsiniz. Bəli, mən seçicilərimin səsi ilə millət vəkili seçilmişəm”.

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib. 

Vitse-spiker daha sonra "demokratik yolla seçilməmişəm" deyən deputat həmkarına səslənib:

"Sözüm “mən özüm haqqımda deyə bilmərəm ki, demokratik yolla seçilmişəm...” deyən millət vəkilinədir: “Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz? Uzaqbaşı cavab verə bilərdiniz ki, “başqasının yerinə danışa bilmərəm, ancaq mən demokratik yolla seçilməmişəm”. Özünüzün seçildiyinizə əmin deyilsinizsə, ümumilikdə Azərbaycan Parlamentinə niyə kölgə salırsınız? Axı, siz millət vəkili mandatıyla tək parlamentin işində iştirak etmirsiniz, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda təmsil edir, konfrans və seminarlara qatılırsınız. Sizin məntiqsiz cavabınız hazırki həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni separatçıları, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır”.

Qeyd edək ki, Milli Məcliin deputatı deputatı Erkin Qədirlidən bloger Memhman Hüseynovun "Hansı deputat demokratik seçki ilə mandat qazanıb?" sualına belə cavab verib: “Heç mən özüm demokratik yolla deputat seçilməmişəm”.

Tunar Altunbay

Bir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər