İrəvanın KTMT-dənsə Aİ-yə üstünlük verməsi Rusiyanı qəzəbləndirdi - BƏYANAT

 17:29 26.01.2023     417

Avropa İttifaqının (Aİ) nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək cəhdləri ermənilərin və azərbaycanlıların köklü maraqlarına zərbə vura bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın sərhədyanı rayonlarında Aİ-nin mülki monitorinq missiyasının yaradılması ilə bağlı məlumatında deyilir.

“Avropa İttifaqının Ermənistanda nəyin bahasına olursa-olsun mövqe tutmaq cəhdləri, Rusiyanın vasitəçilik səylərini sıxışdırıb çıxarmaq cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq istəklərində köklü maraqlarına zərbə vurmağa qadirdir”, - Rusiya XİN bəyan edib.

Moskva qeyd edir ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının istiqaməti üzrə işi məntiqi nəticəyə gətirmədən Aİ-nin xeyrinə seçim etməyə üstünlük verib.

Rusiya diplomatik departamenti əlavə edib ki, “erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”.

Turan ASLAN