Ermənistan sərhədində Aİ missiyasının peyda olması regiona geosiyasi qarşıdurma gətirə bilər - Rusiya XİN

 17:48 26.01.2023     373

Avropa İttifaqı (Aİ) nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması mövcud ziddiyyətləri daha da gücləndirə və regiona geosiyasi qarşıdurma gətirə bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının nümayəndələrinin peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud münaqişələri, ziddiyyətləri daha da gərginləşdirə bilər", - nazirlikdən bildiriblər.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, Moskva Aİ-nin “ekspertlərinin” Ermənistan-Azərbaycan sərhədində baş verənləri izləyəcəklərində heç bir “əlavə dəyər” görmür.

“Əgər Brüssel səmimi qəlbdən Zaqafqaziyada sülhün əldə olunmasında maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyalarının fəaliyyətinin şərtlərini razılaşdırardılar”, - deyə diplomatik departamentdən bildirilib.

Turan ASLAN