Rusiyadan Ermənistandakı Aİ müşahidəçilərinə XƏBƏRDARLIQ: "Sülhməramlılar onlara cavab verəcəklər"

 18:06 26.01.2023     546

Rusiya Federasiyasının sülhməramlı kontingenti Avropa İttifaqı (Aİ) müşahidəçilərinin Ermənistandakı davranışına yerlərdə vəziyyətin inkişafını nəzərə alaraq reaksiya verəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının mülki monitorinq missiyasının yaradılması ilə bağlı məlumatında deyilir.

“Biz əminik ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti olaraq qalır. Ermənistan sərhədlərində xidmət edən Rusiya sərhədçiləri yerlərdə vəziyyətin inkişafını nəzərə alaraq Aİ müşahidəçilərinin davranışına cavab verəcəklər”, - Rusiya XİN əlavə edib.

Turan ASLAN