Qafqaz uğrunda böyük oyun - “Caliber” – VİDEO

 22:19 26.01.2023     343

Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının təfərrüatları məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yerləşdirilmiş növbəti videomaterialda bildirilir.

“Avropa İttifaqının rəsmi saytında yerləşdirilmiş “Aİ-nin Ermənistandakı missiyasına dair” 23 yanvar 2023-cü il tarixli 32023D0162 saylı sənədi diqqətlə oxuduqda ağıla gələn ilk fikir “bu, mülki missiyadırmı?” olacaq. Belə ki, missiyanın strukturu hərbi kontingentə bənzəyir”,- deyə süjetdə vurğulanır.

Qeyd olunur ki, missiyanın rəhbəri 2020-ci ildən etibarən Ştutqart polis idarəsinin rəisi olan alman Markus Ritter olacaq.

“Ritterin təcrümeyi halı polisdən daha çox hərbçiyə bənzəyir. O, Aİ-nin İraqdakı məsləhətçi missiyasına rəhbərlik edib, BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovodakı missiyalarında xidmət edib, həmçinin Almaniyanın Əfqanıstan səfirliyində polis müşaviri olub”, - deyə videomaterialda məlumat verilir.

Daha ətraflı “Caliber”in yeni süjetində: