Rusiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan şoka düşüb - Zaxarova

 11:28 27.01.2023     404

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində bir təhlükəsizlik əməkdaşının həlak olmasından şoka düşüb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb:

"Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının öldürülməsi bizi şoka salıb".

Diplomat azərbaycanlı həmkarlarına da başsağlığı verib və onlara dəstək olub.

Qeyd edək ki, bu gün Tehranda Azərbaycan səfirliyinə silahlı hücum edilib. Hadisə nəticəsində mühafizə rəisi həlak olub, onun iki həmkarı yaralanıb.

Turan İSMAYIL