Ankaradan İrandakı səfirliyimizə hücuma REAKSİYA: "Azərbaycan heç vaxt tək deyil"
"Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu pisləyirəm".
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tviter hesabında yazıb.
"Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirəm. Azərbaycan heç vaxt tək deyil", - deyə Türkiyə XİN rəhbəri qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisini qətlə yetirilib, daha iki mühafizə əməkdaşı yaralanıb.
Turan ASLAN