"Səfirliyimizə silahlı hücuma görə İran dövləti məsuliyyət daşıyır" - Ceyhun Məmmədov

 11:42 27.01.2023     443

Bütün Hallarda Tehranda baş verən hadisələr görə həm də İran dövləti məsuliyyət daşıyır. Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu şərh edərkən deyub.

Onun sözlərinə görə, Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur, İranda da bizim səfirliyimiz yüksək səviyyədə qorunmalı idi.

Deputat onu da bildirib ki, bu hücumda İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür:

"Bütün baş verən hadisələr fonunda İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır. Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək yanılır. Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, dünyasına dəyişənlərə rəhmət, yaralananlara şəfa diləyirəm".

Həmidə İbrahimova