Türkiyə XİN Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu PİSLƏDİ
"Bu səhər Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik".
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, keçmişdə də bənzər hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən anlayır və bölüşür.
“Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, kəsintisiz olaraq davam edəcək”, - bəyanatda vurğulanıb.