"Terror hücumunu törədənlər ən sərt şəkildə cəzalandırılmalıdır" - Ceyhun Bayramov

 14:23 27.01.2023     276

"Azərbaycan Respublikasının İrandakı səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə yazıb.

"Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır", - o bildirib.

Tunar Altunbay