Səfirliyimizə qarşı terrorda İran polisinin İZİ - VİDEO

 15:23 27.01.2023     794

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hadisə nəticəsində Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş leytenant Orxan Əsgərov həlak olub, daha 2 mühafizə əməkdaşı yaralanıb. 

Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı yeni video yayılıb. 

Görüntülərdən belə məlum olur ki, terrorçu silahlı hücumu öncədən planlaşdırıb. Belə ki, o, səfirliyin qarşısına avtomobillə gələrək qəza törədir və əlində avtomat maşından düşərək səfirlik binasına daxil olur. 

Səfirliyin qarşısında duran İran polisi issilahlı terrorçunu görsə də, heç bir müdaxilə etmir. Hətta terrorçu binaya daxil olmadan öncə əli ilə polisə işarə verir. 

Həmin görüntüləri təqdim edirik: 

Nərmin VÜQARQIZI 

 

2