"Bu xain hücumun obyektiv şəkildə araşdırılmasını tələb edirik" - Sahibə Qafarova
"Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova özünün tviter hesabında yazıb.
"Bu xain hücumun obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik. Şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!", - spiker bildirib.
Xatırladaq ki, bu gün səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş leytenant Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb.
Turan İSMAYIL