Prezidentin köməkçisi İsrail səfiri ilə İrandakı səfirliyimizə hücumu müzakirə etdi - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.
Redaktor.az-ın məlumatına görə, xəbər verir ki, bu barədə İsrail səfiri özünün tviter hesabında yazıb.
Diplomat görüşdə vacib müzakirələr aparıldığını bildirib.
“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bildirdim”, - deyə Corc Dik qeyd edib.
Xatırladaq ki, bu gün səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş leytenant Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb.
Turan İSMAYIL