Argentina Azərbaycan səfirliyinə hücumla bağlı başsağlığı verdi
Argentinanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.
Redaktor.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat verilib.
“Azərbaycanın İrandakı səfirliyinə hücum nəticəsində həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.
Xatırladaq ki, bu gün səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş leytenant Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb.