"Bakı və İrəvanla bu barədə açıq danışmışıq" - Zaxarova

 16:36 27.01.2023     467

Moskva Rusiya, Ermənistan və Azərbaycan xarici işlər orqanları rəhbərlərinin indiyədək baş tutmamış üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bir daha təsdiqləyir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu yanvarın 27-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya tərəfi xarici işlər naziri Sergey Lavrovun himayəsi altında Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqları təşkil etməyə hazır olduğunu təsdiqləyir. Bu barədə həm Bakıya, həm də İrəvana məlumat vermişik, bu barədə açıq danışmışıq. Hesab edirik ki, vaxtaşırı yaranan fəsadlar danışıqlar prosesinin bir növ “dondurulması” üçün maneəyə, səbəbə çevrilməməlidir”, - diplomat qeyd edib.

Turan İSMAYIL