Daha bir Avropa ölkəsi terror aktını  PİSLƏDİ

 21:29 27.01.2023     362

Niderland Krallığının Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyə hücumu pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN tviterdə bildirib.

“Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu pisləyirik. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı hər hansı hücum tamamilə qəbuledilməzdir. Şəhid olanın ailəsinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.