Pakistan Azərbaycan xalqı ilə həmrəydir
Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.
Redaktor.az xəbər verir ki, bunu Pakistan XİN-in mətbuat xidməti açıqlayıb.
“Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”, - XİN bildirib.