Azərbaycan səfiri İran XİN başçısına “bu, terror aktıdır” dedi: “Nəticələri gözləyirik”

 13:42 28.01.2023     347

“Səfirliyə silahı hucum terror aktıdır. Biz İran hakimiyyətindən bu terror aktı ilə bağlı tədbir görmələrini xahiş edirik”.

Redaktor.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tehran hospitalında İran XİN başçısı Hüseyn Əmirabdullahiyanla birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Bizə qarşı silahlı hucum həyata keçirilib. Biz bunu terror aktı hesab edirik. Bu aktın nəticəsində azərbaycanlı diplomat həlak olub, iki diplomat yaralanıb”.

Səfir bildirib ki, İranın xarici işlər naziri ilə birgə insidentdə xəsarət alanları ziyarət edib:

“Birinci əməkdaşın vəziyyəti kafidir. İkinci əməkdaş əməliyyat olunur. Biz İran hakimiyyətindən bu terror aktı ilə bağlı bütün faktorları araşdırmağa və nəticələrini Azərbaycan hakimiyyətinə təqdim etməyi xahiş edirik”.

Xatırladaq ki, yanvarın 27-si səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.

Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş leytenant Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb. 

T.İSMAYIL