Tacikistan XİN rəhbəri Azərbaycan xalqına başsağlığı verdi

 16:42 28.01.2023     309

Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəsasının tapmasının zəruri olduğunu vurğulayıb.

XİN-dən Redaktor.az-a verilən xəbərə görə, nazir hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətininin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov başsağlığı və dəstək diləklərinə görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını bildirib. Səfirliyimizə qarşı xain terror aktının icraçısı daxil, bütün sifarişçilərin və təşkilatçıların cəzalandırılmasının tələb olunduğunu diqqətə çatdırıb.