Leyla Abdullayeva Fransa Senatının komitə sədri ilə görüşdü
Azərbaycanın Fransakı səfiri Leyla Abdullayeva bu ölkənin parlamentinin xarici işlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Kristian Kambon ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bunu diplomat tviterdə yazıb.
L.Abdullayeva K.Kambo ilə ikitərəfli və regional məsələlər üzrə çox maraqlı və faydalı müzakirə apardığını qeyd edib: “Regionda davamlı sülhün bərqərar olması zərurətdir”.