İrandakı səfirliyimizin əməkdaşları bu tarixdə təxliyə ediləcək

 22:56 28.01.2023     518

Azərbaycanın İrandakı səfirliyinin heyətinin və onların ailə üzvlərinin təxliyəsi sabah üçün nəzərdə tutulur.

Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Təxliyə hava yolu ilə həyata keçiriləcək.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.