Mübariz Mənsimov güneyli soydaşlarımıza çağırış etdi
İş adamı Mübariz Mənsimov Azərbaycanın İrandakı səfirliyində baş verən hadisəni terror adlandıraraq şiddətlə qınayıb.
Redaktor.az xəbər verir ki, bu barədə o sosiaı hesabında yazıb.
"Tehrandakı Səfirliyimizə qarşı törədilmiş silahlı basqını şiddətlə qınayıram. Bu terror dövləti tərəfindən Azərbaycana qarşı namərdcə həyata keçirilən terror aktıdır! Xain hücum nəticəsində vətəndaşımız baş leytenant Orxan Əsgərov şəhid olub. Allah şəhidimizə rəhmət eləsin! Ailəsinə və yaxınlarına Allahdan səbr diləyirəm! Bu törədilmiş terror aktı o tayda yaşayan soydaşlarımıza qarşı da xəyanətdir. Güneydəki soydaşlarımız bu namərdliyi bağışlamamalıdır. Qədim zamanlardan elçi, diplomat toxunulmaz sayılıb. Səfirliyə hücum bu ənənənin pozulması və bütün sivil dünyanın qəbul etdiyi dəyərləri ayaqlar altına atmaqdır. Terrorcu cəzalandırılmalı və İranın ali rəhbərliyi dərhal Azərbaycan dövlətindən üzr istəməli, baş vermiş terror hadisəsi ilə bağlı ciddi araşdırmalara başlamalıdır. Əks təqdirdə bizim ordakı soydaşlarımız bunu cavabsız qoymaz və qoymamalıdır" - Mənsimov yazıb.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. Kalaşnikov avtomatı ilə silahlanmış o, diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. Silahlı hücumu dəf edərkən səfirliyin daha iki mühafizəçisi yaralanıb, onların vəziyyəti qənaətbəxşdir. Hazırda hücumla bağlı araşdırma aparılır.
Azərbaycan prezidenti İlham Əliyev bu hadisəni terror adlandıraraq şiddətlə qınadığını və rəsmi Tehrandan tezliklətətbir görəcəyini gözlədiyini bildirirb. /anews.az/