Avropaya gedən Türkiyə vətəndaşlarına xəbərdarlıq edildi

 17:59 29.01.2023     367

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Avropa ölkələrinə səfər edərkən daha diqqətli olmağa çağırıb.

Redaktor.az xəbər verir ki, xəbərdarlıq nazirliyin rəsmi saytında yerləşdirilib.

Xəbərdarlıq, xüsusən İsveç, Niderland və Danimarkada Türkiyə əleyhinə etirazların artmasından sonra edilib.

Bundan əlavə, rəsmi Ankara Avropada PKK terror qruplaşmasının tərəfdarlarının etiraz aksiyalarının sayının artmasına diqqət çəkib.

“Türkiyə Xarici İşlər Nazirliyi vətəndaşları ehtiyatlı olmağa və nümayiş keçirilən ərazilərdən uzaq durmağa çağırıb. Ksenofobiya və ya irqçiliyin təzahürü halında yerli hakimiyyət orqanlarına müraciət etmək tövsiyə olunur”.