Macarıstanda İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO

 13:46 30.01.2023     312

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.

Redaktor.az xəbər verir ki, Azərbaycanın və Macarıstanın Dövlət Bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət Himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Fəxri qarovul dəstəsi Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Katalin Novakın qarşısından keçib.

Budapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub